Müğənni Nurlan Növrəsli isti yay aylarını tam olaraq sənətinə həsr edib. SİA-ya açıqlama verən ifaçı, bütün vaxtını səs yazma studiyasında keçirdiyini bildirib: "Hava nə qədər isti olsa da, musiqiyə olan sevgimi heç nə üstələyə bilməz. Buna görə də, istilərdə demək olar ki, səs yazma studiyasından çıxmamışam. "Nazlana-nazlama" adlı yeni mahnı ifa etdim. Mahnı mənim ifamda yeni olsa da, Məmmədbağır Bağırzadənin repertuarından hər kəsə bəlli, dillər əzbəri olan bəstədir. Mən mahnını bu günün nəbzinə uyğun yenidən aranjeman etdirmişəm. İnanıram ki, ifam dinləyicilərin ürəyincə olacaq". Onu da deyim ki, yeniliyim təkcə bununla yekunlaşmır. Belə ki, senytabr ayında 2 yeni kliplə tamaşaçıların qarşısına çıxacam. Kliplərdən biri "Nazlana-nazlana" adlı mahnıma, digəri isə repertuarımda ən çox sevdiyim əsərlərdən biri olan, musiqisi Aygün Səmədzadəyə, sözləri isə Qənirə Paşayevaya məxsus "Gecə valsı" adlı mahnılarıma ekran işi çəkiləcək".
Nurlan Növrəsli eyni zamanda yay ayında dəniz kənarında fotosessiya da etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB