72 yaşlı İlhamə Quliyeva FOTOLAR
Bu gün xalq artisti İlhamə Quliyevanın ad günüdür. SİA-nın verdiyi xəbərə görə, müğənni 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Qeyd edək ki, İlhamə Quliyeva müğənni Tükəzban İsmayılovanın qızıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə