Sənətçidən əsl yay klipi FOTOLAR

Müğənni və teleaparıcı Vüsalə Rəcova "Kaptan" adlı mahnısına klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, çəkilişlər pavilyonda, dəniz kənarında, yaxtada aparılıb. Ekran işinin rejissoru ifaçı özüdür. Hazırda səfərdə olan V.Rəcova Bakıya qayıdan kimi klipini təqdim edəcək.

Qeyd edək ki, "Kaptan" mahnısının sözləri türkiyəli şairə Ayşə Birgül Yılmazın, musiqisi və aranjimanı Rasim Məmmədovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə