Ərinin cəsədini tanıya bilmədi dəfn təxirə düşdü (FOTO)

Ərinin cəsədini tanıya bilmədi dəfn təxirə düşdü (FOTO)

"Bu tarz benim" iştirakçısı Nazlı Hamarat Ukraynada öldürülən əri Emir Şaşmazın İstanbula gətirilən cəsədini tanıya bilməyib. SİA-nın verdiyi xəbərə görə, təyyarədən Soğanlıq qəbiristanlığına aparılan tabut açılan zaman Nazlı təəccüblənib. Ərinin tanınmaz halda görən, Hamarat dəfn mərasimini təxirə salıb.

Bu barədə N.Hamarat sosial şəbəkədə də açıqlama verib: "Dəfn mərasimi təxirə salınıb. Buna səbəb cəsədi tanıya bilməməyimdir. Kimliyin müəyyən edilməsi və tibbi ekspertizadan sonra cəsəd Emir Şaşmaza aiddirsə, dəfn tarixi sizə bildiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə