Ramal dondan-dona girdi

Bir neçə gün öncə prodüser Toma ilə iş birliyinə başlayan Ramal İsrafilov yeni fotosessiyasını təqdim edib. Müğənninin yeni fotosessiyası isə türk fotoqraf Cihan Deveciye məxsusdur. Fotosessiya üçün müğənni 5 fərqli geyimdən istifadə edib. İsrafilovun "Gözlə məni" adlanan yeni mahnısı da artıq hazırdır. Mahnı birinci gündən etibarən radio dalğalarda səslənməyə başlayacaq. "Gözlə məni" mahnısının musiqisi Rəşad Bağırova, sözləri isə Leyli Erola məxsusdur. Ramal bu mahnının qısa zamanda seviləcəyini açıqlayaraq, mahnıya klip çəkdirməyə hazırlaşdığını söyləyib.

Ramalın yeni fotosessiyasını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə