"Pul əl çirkidir" deyənlərlə razı deyiləm". SİA-nın xəbərinə görə, bu sözləri müğənni Günel Ələkbərova verilişlərin birində deyib. Pulun çox şey olduğunu deyən xanım sənətçi sənətə gəldikdən sonra kasıbladığını dilə gətirib: "Kasıb olmaq eyib deyil. Vay o gündən ki, pulu görüb keçmişini unudursan. Şou-biznesdə belələri çoxdur. Ruzini verən Allahdır. O da geri ala bilər. Mən kasıbçılıqdan müğənni olmamışam. Əksinə müğənni olandan sonra kasıblamışam. Çünki bizim xərclərimiz artır. Mən dostluq etdiyim insanın maddi durumuna önəm vermirəm. Kiminsə bahalı maşınından, villasından mənə nə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB