Rəqqasə Fatimə Fətəliyeva yay istirahətindən şikayətlənib. SİA-nın xəbərinə görə, açıqlama verən sənətçi bu il istədiyi kimi dincələ bilmədiyini söyləyib:
"Bu yay çox pis dincəldim. Hər il istirahətə həyat yoldaşımla gedir, birlikdə dincəlirdik. Uşaqlar yanımızda olmurdu. Bu il övladlarımla getdim. Dəhşət bir istirahət idi. Allah canların sağ etsin, amma dincəlməyə qoymadılar".
F.Fətəliyeva yaradıcılıq yeniliklərindən də söz açıb:
"Mənim üçün istirahət bitdi. İşlərim başlayıb. Yeni kliplər, rəqslər hazırlayıram. Maraqlı klip çəkdirmək istəyirəm, ona uyğun milli mahnı axtarıram. Ekran işində yalnız özüm olacam. Bir daha klipdə sənət dostlarımı çəkmərəm. Məndən inciməsinlər, amma onlarla işim bitdi. Müğənnilərlə çalışmaq çox çətindir".(axsam.az)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB