Miri Yusiflə Funda Ararın davası türk mətbuatında FOTO

Miri Yusiflə Funda Ararın davası türk mətbuatında FOTO
Türkiyə mediası müğənni Miri Yusiflə Funda Ararın qalmaqalından yazıb. SİA-nın verdiyi xəbərə görə, məqalədə Funda Ararın üç gün əvvəl işıq üzü görən "Bağışla" mahnısının Azərbaycanın tanınmış ifaçısı Miri Yusifə aid olduğu ortaya çıxıb. 2 il əvvəl oxuduğu və "Ağ Qara" albomuna saldığı mahnının oğurlandığını görən ifaçı "Fundanı bağışlamayacam" deyib. Bu yaxınlarda "Bağışla" sinqlini təqdim edən Funda Arar Nihad Odabaşının rejissorluğu ilə mahnıya klip də çəkdirib.

Yazıda sinqlın işıq üzü gördüyü DMC musiqi şirkətinin rəhbəri Samsun Dəmirin M.Yusiflə əlaqə saxladığı bildirilib.

"Miri Yusif mahnının icazəsiz oxunduğunu görəndə, şok olub. O, Funda Ararla məhkəmədə görüşəcəyini bildirib və "Onu bağışlamayacam" deyib. Məsələyə Funda Arardan cavab gəlməsə də, prodüser Samsun Dəmir Miri ilə əlaqə saxlayıb. Amma onun dedikləri azərbaycanlı ifaçının əsəblərini sakitləşdirə bilməyib. İki məşhur bu qalmaqalı məhkəmədə həll edəcək".

Qeyd edək ki, Ararın dostu, türkiyəli şair Günay Çoban sosial şəbəkədə bəstənin azərbaycanlı MC Murada aid olduğunu və ondan icazə aldıqlarını yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə