Yayın ritmini duyacaqsız

"Natiq" Ritm qrupu növbəti konsertə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, ağır iş prosesində çalışan qrupun rəhbəri, əməkdar artist Natiq Şirinov konsertə ciddi hazırlaşdıqlarını, hər gün məşqlərin getdiyini bildirib. Milli musiqimizi yaşatmağa və dünyaya tanıtmağa çalışan Natiq Ritm qrupunun növbəti konserti avqustun 14-də Yaşıl Teatr səhnəsində baş tutacaq. Saat 21:00-da baş tutacaq konsert proqramının təşkilatçısı "KEvents group" dur. Konsertdə yayın ritmini duymaq istəyən hər kəs biletləri şəhərin kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, biletlərin qiyməti 10-50 manat arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə