İlqarə: "Ağlıma gəlməzdi ki...."
Müğənni İlqarə Kazımovanın internetdə canlı ifası yayılıb. İfaçı video görüntüsündə əfsanəvi sənətçi Polad Bülbüloğlunun "Gəl, ey səhər" mahnısını ifa edib. Mahnıda İlqarə Kazımovanın güclü vokal imkanlarının olması da özünü göstərib. SİA-ya bu haqda danışan müğənni həmin mahnını dostları üçün oxuduğunu bildirib: "Dostlarımla karaoke klubda idik. Məndən mahnı ifa etməyimi xahiş etdilər. Dostlarımın sözünü yerə salmayıb çox sevdiyim, mahnılarını dinləməkdən doymadığım, əfsanəvi bəstəkar və müğənni Polad Bülbüloğlunun repertuarına müraciət etdim. Heç ağlıma da gəlməzdi ki, dostlarım həmin ifanı lentə alacaq. Mahnını təxminən 2 il əvvəl ifa etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə