Emin: "Övladlarıma açıqlaya bilmərəm" FOTOLAR

Emin: "Övladlarıma açıqlaya bilmərəm" FOTOLAR

Müğənni-bəstəkar Emin Rusiyanın "Hello" dərgisinin avqust buraxılışının əsas qonağı olub. SİA-nın xəbərinə görə, jurnal üçün fotosessiya və müsahibə verən Emin övladları ilə bağlı sualları cavablandırıb:

"Oğullarıma nə üçün tez-tez getdiyimi açıqlaya bilmirəm. Mən heç işləməyə, bütün günü onlarla otura bilmərəm. İş və övladlarımla keçirdiyim vaxtı tənzimləməyə çalışıram. Ona görə də, tez-tez təyyarəyə minib, Londona gedirəm. Və yaxud da Moskvaya uçur, işlərlə bağlı müzakirələr aparıram".

İşi ilə bağlı suala gəlincə Emin işin həyatının bir hissəsi olduğunu vurğulayıb: "İşsiz tez darıxıram. Rola girməyi sevmirəm. Bu da mənə atamdan keçib. Atam hər zaman mənim idealım olub. O heç vaxt "Oğlum, səni çox istəyirəm", "Səninlə fəxr edirəm" sözlərini işlətməsə də, bilirəm ki, onula yaxşı dostuq".

Bütün xəbərlər Facebook səhifəmizdə