Sevdanın “İtmiş ada”sı FOTOLAR

Müğənni Sevda Yahyayeva "İtmiş ada" adlı solo konsert verib. SİA-nın verdiyi xəbərə görə, "Yaşıl Teatr"da baş tutan konsertdə səbəbkar ilk olaraq "Sən" mahnısını oxuyub və tamaşaçıları salamlayaraq həyəcanlı olduğunu deyib: "Aylardır dua edirəm ki, konsert yaxşı keçsin. Mənim "İtmiş adamın sakinləri", xoş gəlmisiniz".

Gecədə ifaçını sənət dostları da tək qoymayıb. Onu izləməyə gələnlər arasında əməkdar artist Abbas Bağıov, müğənni Ramal İsrafilov, Nazim Məmmədov, Emil Bədəlov, Zamiq Hüseynov, Xəyyam Nisanov, aktyor Elşən Orucov və başqaları yer alıb.

Konsert zamanı Sevda iki libasda olub və sənətçinin 1 paltarının üzərində 2 mindən çox qaş düzülüb. S.Yahyayevanın stili üzərində Elnur Həsənov çalışıb.

Qeyd edək ki, gecə olduqca maraqlı anlarla yadda qalıb.


Bütün xəbərlər Facebook səhifəmizdə