Müğənni Miri Yusif türkiyəli ifaçı Funda Ararın səsləndirdiyi "Bağışla" mahnısının ona aid olduğunu iddia edib. SİA-nın məlumatına görə, o bu haqda sosial şəbəkədə yazıb: "Söz və musiqisi mənə məxsus olan və "Ağ Qarğa" albomuna daxil edilmiş "Bağışla" mahnısının türk ifaçı Funda Arar tərəfindən heç bir icazə alınmadan ifa olunması bizi təəssüfləndirir. Sivil cəmiyyətdə bu addımın atılması heç də xoş deyil və buna qarşılıq olaraq onlarla məhkəmədə görüşəcəyik. Funda Arara bağışlamaram!"
Sənətçinin oğurluq iddialarına türkiyəli şair, mahnının sözlərini türk dilinə çevirən Günay Çoban elə məsələyə sosial şəbəkədə münasibət bildirib:"Klip, albom, mətbuat orqanlarında bu haqda yazılıb. Gerçəyi bilmədən "oğru" demək çox çirkindir. Səhv bilirsiniz. Mahnının sahibi Murad Quliyev - MC Muraddır. Özündən Azərbaycan və Türkiyə müəllif hüquqlarından icazə alınıb".
F.Arar isə "Günay Çoban bu gözəl sözlər sənin qələmindən necə çıxır? Kim bilir sənin dərin ruhunda daha nələr gizlənib" sözlərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB