Əməkdar artist: "Gənclərin internetlə sevişmə imkanı var"

Əməkdar artist: "Gənclərin internetlə sevişmə imkanı var"
Əməkdar artist Cavanşir Məmmədov internetin gənclərə təsirindən söz açıb. SİA-nın xəbərinə görə, verlişlərin birində çıxış edən sənətçi internetin müsbət və mənfi tərəflərindən danışıb:

"İnternetin həm müsbət həm də mənfi tərəfləri var. İnternet gənclərin tanışlığı üçün geniş imkanlar yaradır. Əvvəl qızla oğlanın telefonla danışığını müsbət qarşılamazdılar. Amma indi hər şey dəyişib. Gənclərin internetlə sevişmə imkanı var. Bu heç də pis deyil. Əksinə qızla oğlan bir-birini daha yaxşı tanıyır və məlum olur ki, düşüncələr nədir, münasibət alınar, ya yox".

Əməkdar artist internetin mənfi tərəflərinə də toxunub: "İnternetin xoşagəlməyən tərəfləri də var. Lakin ondan yaxşı vasitələr üçün istifadə edilməlidir. Çox təəssüf ki, bəziləri internetdən ailə dağıtmaq, kiməsə qara yaxmaq üçün istifadə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə