Müğənni atasını itirdi
Müğənni Elxan Qaraxanoğlunun ailəsində ağır itki üz verib. SİA-ya açıqlama verən ifaçı atasının dünyasını dəyişdiyini bildirib: "Atam yataq xəstəsi idi. Hələ də onun ölümü ilə razılaşa bilmirəm. Ailənin sonbeşiyi kimi atamın həm sevimli "oyuncağı", həm də ən sevimli balası idim. Yoxluğundan sarsılmışam".

Qeyd edək ki, mərhumun 77 yaşı var idi.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə