Rozanın yay turnesi FOTOLAR

Müğənni Roza Zərgərli bölgələrdə yay turnesi çərçivəsində Mingəçevir Dövlət Dram Teatrında solo konsert verib. SİA-nın verdiyi xəbərə görə, konsert "Bakı vaxtı ilə hər bir obada" adı altında həyata keçirilib. Konsert "Baku 2015"in idmançılarına həsr olunub. Aparıcı Zabir Əliyevin aparıcılığı ilə baş tutan konsertdə R.Zərgərlini "Bakı instrumental ansamblı" müşayiət edib .Gecədə qonaq qismində reper Qurd da olub.

Qeyd edək ki, ifaçının növbəti konserti avqustun 15-də Şəki şəhərində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə