Məşhur “Sezercik” evləndi FOTOLAR

Məşhur “Sezercik” evləndi FOTOLAR

Türkiyənin tanınan aktyoru "Sezercik" təxəllüsü hər kəsin sevimlisinə çevrilən Sezer İnanoğlu 3-cü dəfə evlənib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun 3-cü həyat yoldaşı terapevt sevgilisi Zeynəbdir.

Xatırladaq ki, 70-ci illərin uşaq ulduzu olan Sezer keçirdiyi həyat tərzi ilə əlaqədar olaraq öz məşhurluğunu qoruyub saxlaya bilməyib. Sezer İnanoğlu narkotik ticarəti və polisə silahlı hücum cinayətlərinə görə həbs edilib. Daha əvvəl 2 dəfə evli olub.

Qeyd edək ki, aktyorun atası tanınmış prodüser Berker İnanoğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə