Sevda Yahyayevanın konsert sirləri FOTOLAR

Sevda Yahyayevanın konsert sirləri FOTOLAR
Bu gün Sevda Yahyayeva konsertindən öncə mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı tədbirdə konserti üçün xüsusi hazırlaşdığını bildirib: "Bildiyiniz kimi avqust ayının 9-da, "Yaşıl Teatr"da konsertim baş tutacaq. Həmin gecə üçün xüsusi hazırlaşmışam. Belə ki, konsertimdə səhnə özəl olaraq hazırlanacaq. Hər il olduğu kimi bu konsertim də maraqlı keçəcək. Sözügedən gecə üçün xüsusi olaraq modelyerim Ləman xanım 2 geyim hazırlayacaq. Libasımın biri 2 min qaşlarla bəzədiləcək. Həmin paltarımın 3 kiloqramdan çox çəkisi olacaq. Onu da vurğulayım ki, ayaqqablarım da xüsusi olaraq tikiləcək. Konsertimdə repertuarımda olan mahnıları yeni aranjimanda səsləndirəcəm. Eyni zamanda yeni bəstələr də oxuyacam. Gecədə həmkarım Ramal İsrafilovla duet ifa edəcəyik. Hər kəsi konsertimə dəvət edirəm".

Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə