Hamiləliyinin sonuncu ayını yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə vasitəsilə xanımlara məsləhət verməkdən çəkinmir. SİA-nın xəbərinə görə, bir çox suallara "İnstagram" səhifəsində cavab verən müğənni saç boyasından danışıb.
"Hamilə xanımlar saçlarıma boya qoyub-qoymamağım barədə maraqlanır. Onlara demək istəyirəm ki, bəli boyadan istifadə edirəm. Saçım 22 yaşımdan ağarmağa başladığına görə, boyamaq məcburiyyətində qalıram. Təbii boyadan istifadə edirəm. Məcbur qalmasaydım, boyatmazdım. Əgər ehtiyacınız yoxdursa, məsləhət görmürəm"- deyə, İ. İbrahimova qeyd edib.
Qeyd edək ki, İradə İbrahimova ikinci hamiləliyinin sonuncu ayındadı. Onun İpək adında biri qızı var.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB