Narkotik maddə satmaqla günahlandırılan və həbsxanada olan müğənni Dəniz Səki "Hayat 2 bilet" mahnısının klipində rol alan sənətçi dostlarına məktub göndərib. SİA-nın verdiyi xəbərə görə, Səki Gülbən Ərgənə özü hazırladığı əlfəcini hədiyyə göndərib. O, məktubda "Canımın cananı, qadın dostum, dəyərlim. Könlü nurla parıldayan, işıq saçan Gülbənim. Klipimə rəng qatdığın üçün sənə minnətdaram. Sənin üçün darıxdım. Qəlbimdə yerin başqa olacaq" deyə, yazıb. Rəfiqəsinin məktubundan kövrələn Ərgən İnstaqram səhifəsində dəstək olub. Tək günahkarın D.Səki olmadığını qeyd edən ifaçı "Buda keçər" mahnısını ona həsr edib:"Bitsin dərdin, çox bədəl ödədin. Çox ağır yükləri tək başına çiynində daşıdın. Tək sən idin günahkar? Tək sən bu qızıl günlərini çürüdərək, cəza çəkməliydin? Gözəl Dəniz Səki, yenə mahnıların dinləniləcək, yenə partlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB