"Həyatımda olan tanınmış xanımı heç kim bilmir" Fəlakətdən etiraf

"Həyatımda olan tanınmış xanımı heç kim bilmir" Fəlakətdən etiraf

Son zamanlar "Bozbash pictures"in Fəlakəti kimi məşhurlaşan gənc aktyor Elşən Orucov şəxsi həyatı ilə bağlı bir çox məqamlara aydınlıq gətirib. SİA-nın xəbərinə görə, şəxsi həyatı ilə bağlı "Onlar "verilişinin suallarını cavablandıran E. Orucov hazırda həyatında sevgi olmadığını deyib.

Lakin aktyor həyatında tanınmış xanımın olduğunu da etiraf edib:"İstəmirəm ki, həyatımdakı şəxsi hadisəni kimsə bilsin. Bəli, həyatımda tanınmış xanım olub. Buna peşman da deyiləm. Münasibəti ikimiz bilirik. Heç kimə də danışmırıq".

Aktyorun müğənni Röya ilə bağlı münasibətlərinə gəlincə E. Orucov söyləyib: "Röya mənim yaxın dostumdur. Onla bağlı şayiələri ciddiyə almıram. Bu söz-söhbət həmişə də olacaq. Əgər bir insanla dostluq edirəmsə, orada sevgi ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə