Tacirin qardaşının cəsədi tapıldı

Tacirin qardaşının cəsədi tapıldı
Müğənni Tacir Şahmalıoğlunun bir neçə gün əvvəl dənizdə batan qardaşının cəsədi tapılıb. SİA-nın verdiyi xəbərə görə, 36 yaşlı Mahir Allahverdiyevin dəfn mərasimi bu gün baş tutacaq. Mərhumun nəşi saat 11:00-da Yeni Yasamaldakı evindən götürüləcək.

Qeyd edək ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə