Azərbaycan geyimləri Rusiyada FOTOLAR

Azərbaycan geyimləri Rusiyada FOTOLAR
Gülnarə Xəlilovanın VI Beynəlxalq "Etno Poliumu. Birlik" geyim festivalının açılışı olub. SİA-nın verdiyi xəbərə görə, G. Xəlilova bildirib ki, "Etno Poliumu. Birlik" festivalı unikal xalq, tarixi və stilizasiya edilmiş geyimlər, bəzək əşyaları yaradan, öz xalqının mədəniyyətini, tarixini və məişətini əks etdirən ustadların və yaradıcı insanların görüş yeridir: "Festival zamanda unikal səyahət etməyə, müxtəlif millət və konfessiya nümayəndələrini birləşdirməyə, keçmişdən günümüzədək olan kolleksiyaların orijinallığına və özünəməxsusluğuna, geyim ənənələrinə və müasirliyinə, geyim və bəzək əşylarındakı avanqarda tamaşa etməyə imkan verir".

Qeyd edək ki, festivalda münsiflər kürsüsündə Gülnarə Xəlilova, Lidiya Sokolova-Serbskaya (sədr), Yekaterina Rebeja, İqor Sarapulov, Qombo Tuqalaq, Raisa Lobatskaya və Yelena Şipilova yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə