​Yoxa çıxmış aktyor tapıldı
Xeyli müddətdir yoxa çıxan aktyor Arda Kural tapılıb. SİA-nın verdiyi xəbərə görə, aktyor xəstəxanaların birində üzə çıxıb. Arda Kuralın Büyükçekmece bələdiyyəsinin köməyi ilə xəstəxanaya yerləşdirildiyi və müalicə aldığı məlum olub. Bələdiyyə sədri A.Kural xəstəxanadan çıxdıqdan sonra onun evlə də təmin ediləcəyini bildirib. Arda bir müddət anası ilə yaşamaq istəmədiyini deyib.

Qeyd edək ki, aktyorun anası ilə münasibətinin yaxşı olmadığı söylənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə