Roza Zərgərli turneyə çıxdı
Müğənni Roza Zərgərli bölgələrdə yay turnesi çərçivəsində avqustun 2-də Mingəçevir Dövlət Dram Teatrında solo konsert verəcək. SİA-ya açıqlama verən ifaçı bildirib ki, turnenin ilk konserti Siyəsən rayonunda olub: "Avqustun 2-də Mingəçevir şəhərində solo konsertim olacaq. Biz bu konsertləri "Bakı vaxtı ilə hər bir obada" adı altında həyata keçiririk. İlk konsertimiz Siyəzəndə möhtəşəm oldu. Belə ki, Siyəzən konserti "Baku 2015"in bürünc mükafatçısı Niyazi Əliyevə həsr olunmuşdu. Növbəti konsertlərimiz isə digər çempionlara həsr olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə