Müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb. SİA-nın verdiyi xəbərə görə, 36 yaşlı Mahir Allahverdiyev Novxanı çimərliyində batıb. Hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir.
Qeyd edək ki, Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB