Gülbən Mustafa ilə barışdı
Prodüser-aparıcı Acun İlıcalı "TV 8" kanalında yayımlanan "Rising Star" ("Yüksələn ulduz") yarışmasında münsif kürsüsündə əyləşəcək küsülü müğənnilər Gülbən Ərgənlə Mustafa Sandalı barışdırıb. SİA-nın verdiyi xəbərə görə, 2011-ci ildə "Şıkır şıkır" mahnısı üstündə məhkəməlik olan tanınmışlar yenidən ortaq layihədə bir araya gələcəklər. Bu səbəbdən Acun onları barışdırıb: "İki ulduzu barışdırmaq asan oldu. İncikliklər, küsülülük heç kimə heç nə qazandırmır".

Bütün xəbərlər Facebook səhifəmizdə