​İfaçı boşandı
Müğənni-aktyor Kutsi 8 illik həyat yoldaşı Sinem Bayraktutardan boşanıb. SİA-nın verdiyi xəbər görə, cütlük qarşılıqlı razılaşma əsasında ayrılıb. Kutsi ilə Sinemin məhkəmə prosesi cəmi 5 dəqiqə çəkib. 6 yaşlı qızları Ceylin Ada ilə 5 aylıq körpələri Lilanın vəkaləti S.Bayraktutara verilib. Ərindən heç bir təzminat tələb etməyən Sinem onunla əl verib görüşərək məhkəmə salonundan çıxıb.

Qeyd edək ki, Kutsinin "Huzur sokağı" serialında tanış olduğu Feyza Çıpa ilə sevgili olması xəbərləri onun tez-tez xanımıyla münaqişəsinə gətirib çıxarırdı. Onlar hətta bir müddət ayrı yaşasalar da, Kutsi ikinci qızı dünyaya gəldikdən sonra yenidən evinə qayıtmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə