Aktyor geri döndü
"Arka sokaklar" serialını izləyənlərə xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, "komissar Murad" rolunu canlandıran aktyor Uğur Pektaş seriala geri dönüb. İlk 4 ildə baş rollardan birini oynayan aktyor yeni mövsümdə yenidən serialda iştirak edəcək.

Nəzərinizə çatdıraq ki, ekran işində baş rollarda Zafer Ergin, Şevket Çoruh, Özgür Ozan oynayır.

Qeyd edək ki, 9 il Kanal D-də yayımlanan "Arka Sokaklar" bu ildən ATV-də yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə