Aygün Natavandan üzr istədi?
Xeyli müddətdir xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibi arasında məhkəmə qarşıdurması yaşanır. SİA-nın verdiyi xəbərə görə, məhkəminin nəticəsi ilə əlaqədar olaraq Aygün paylaşım edərək bu sözləri yazıb: "Qeyd edim ki, mən öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək, Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".

Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə