Müğənni ikinci dəfə qız atası oldu FOTOLAR

Müğənni ikinci dəfə qız atası oldu FOTOLAR

Müğənni Gökhan Özen ikinci dəfə ata olub. SİA-nın verdiyi xəbərə görə, ifaçının ikinci qızı dünyaya gəlib. Xəstəxanada çəkilmiş fotolarını paylaşan Gökhan şad xəbəri "Twitter"dən elan edib: "Gül qoxulu gün demişdim. Allahıma şükürlər olsun".

Müğənnini ilk təbrik edən müğənni Demet Akalın olub. O, ifaçı ilə birlikdə çəkilmiş fotolarını paylaşaraq "Gökhan 2-ci dəfə qız atası oldu. Yaxşı ki, doğuldun, balaca qız! Atana qalsa, sənə bir ay ad tapa bilməz. Selen, analı-atalı böyüsün" yazıb.

Qeyd edək ki, ifaçı 2010-cu ildə CHP-li millət vəkili Mehmet Sevigenin qızı Selenlə ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə