Teleaparıcının toy hazırlığına qaynanası mane oldu FOTOLAR

Teleaparıcının toy hazırlığına qaynanası mane oldu FOTOLAR

Son günlər gündəmdən düşməyən və başı toy hazırlıqlarına qarışan keçmiş teleaparıcının gəlin gedəcəyi evdə xoşagəlməyən hadisə baş verib. SİA-nın xəbərinə görə, bununla bağlı sosial şəbəkələrdə xəbər paylaşan teleaparıcı Gülnarə Məmmədova qaynanasının infarkt keçirdiyini qeyd edib.

"Bu həyatda ana dediyim ikinci qadını tanıdım - gələcək həyat yoldaşımın anası. Adət üçün ana demədim, gerçəkdən mənə ana oldu. Bu gün Zühal anam infarkt keçirdi. Allah sənə şəfa versin ana, kaşki yanında ola bilsəydim"- deyə, teleaparıcı bildirib.

Qeyd edək ki, Gülnarə Məmmədova hazırda Türkiyədə yaşayan keçmiş teleaparıcı Özgür adlı şəxslə nişanlıdır. Avqustun 8-də Gülnarənin Bakıda qız toyu olacağı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə