Türkiyənin cazibədar model və aparıcısı olan Çağla Şikəl tənqidlərə məruz qalıb. SİA-nın xəbərinə görə, tanınmış müğənni Emre Altuğla boşandıqdan sonra "İnstagram" hesabında olduqca cəsur fotolar paylaşan model izləyiçiləri tərəfindən tənqid olunub.
Pərəstişkarlarının sərt reaksiyasına səbəb olan şəkillərin altından "Sən anasan, belə şəkillər paylaşmaq sənə heç yaraşır?" - deyə, şərh yazıblar.
Tənqidləri qəbul etməyən model həmin fotonu silib.
Bundan əlavə Çağla ona ünvanlanan bəzi sualları cavablandırıb. Belə ki, son günlər mətbuatda basketbolçu Kerem Tunçeri ilə sevgi münasibətləri haqqında yazılanlarla bağlı usalı cavablandıran Çağla "Həyatımda heç kim yoxdur. Bununla bağlı açıqlama versəm də, yalan xəbərlər yazmağa davam edirlər. Hazırda Bodrumda, öz evimdə ailəm və uşaqlarımla istirahət edirəm".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB