Aparıcı: “Haqqımda az danışın” FOTOLAR

Aparıcı: “Haqqımda az danışın” FOTOLAR

Aparıcı Vüsalə Əlizadə də anası və qızı ilə Qusara gedib. SİA-nın xəbərinə görə, övladı Diləklə fotolarını sosial şəbəkədə paylaşan V.Əlizadə ünvanına yazılan sərt sözlərə də cavab verib: "Allah hamının balasın qorusun, mənim də bir dənəmi. Balamı vətən turuna çıxarmışam. Bir aydır məzuniyyətdəyəm, ilk dəfədir evdən çıxıram. Üçgünlük istirahətə gəlmişəm. Sözüm mənə bəxtəvərlik oxuyanlaradır: Haqqımda az danışın. İstirahət hamının haqqıdır. Burada şəkil paylaşmırıq ki, hamı pis nəfsini töksün. Allah hamıya ürəyinə görə versin".

Bütün xəbərlər Facebook səhifəmizdə