Azis Bakıda! FOTOLAR
Xəbər verdiyimiz kimi, bolqar əsilli müğənni Azis Bakıda konsert verəcək. SİA-nın verdiyi məlumata görə, ifaçı artıq paytaxtımızın qonağıdır. Bu gün səhər saatlarında Azis Bakıya gəlib və hava limanında qarşılanıb.

Nəzərinizə çatdıraq ki, təşkilatçı Samir Xəttab müğənni Azisin Bakı konsertini təşkil etmək üçün, Bolqariyanın paytaxtı Sofiya şəhərinə yollanmışdı və Azisi Bakıda konsert vermək üçün razı salmışdı.

Qeyd edək ki, ifaçının konserti iyulun 25-də məkanların birində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə