Cütlük Bodrumda FOTOLAR
Müğənni Murad Dalkılıçla aktrisa sevgilisi Mərvə Boluğur Bodruma yola düşüb. SİA-nın verdiyi xəbərə görə, Bodrumda dincələn cütlük dənizdə kano sürərkən obyektivlərə tuş gəlib. Paparassiləri görən Murad "Bu qədər də olmaz. Bura necə gəldiniz? Halal olsun. Çəkə bilməzsiniz deyə düşünmüşdük, bizi tapdınız. Təbriklər" -deyib. Daha sonra yaxtalarına gələn ifaçı jurnalistlərlə selfi də çəkdirib.

Qeyd edək ki, məşhur cütlük avqustun 24-də nikah masasına əyləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə