İfaçı ziyana düşdü FOTOLAR
Müğənni Serdar Ortaç yeni albomundakı "Nankor" adlı mahnısının klip çəkilişləri üçün iki həftə əvvəl Bodrumda həyat yoldaşı Chloe Loughnan ilə kamera qarşısına keçib. SİA-nın verdiyi xəbərə görə, Corendon Hava yollarına aid bir təyyarə kirayələyən Serdar Ortaç bu klipdə kapitan, həyat yoldaşı isə stüardessa olub. 200 min dollar xərclənən klipdə Serdar Ortaç kapitan pilotun nəzarətində təyyarəni hərəkət etdirib. Ancaq bu pilotçuluk həvəsi ona baha başa gəlib. Mülki Aviasiya İdarəsi səlahiyyəti olmadığı halda təyyarəni hərəkət etdirdiyi üçün Serdar Ortaça istintaq açıb. Sənətçinin külli miqdarda cəzalanacağı gözlənilir. Klipin prodüseri Müjdat Kavas böyük məbləğdə ziyana düşdüklərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə