Məşhur hamiləliyini gizlədir

Müğənni Beyonsun hamilə olması haqda xəbərlər yayılıb. SIA-nın məlumatına görə, bu haqda xəbərlər Beyonsun qarın nahiyəsini gizlətdiyi fotolardan qaynaqlanıb. Fanatlar və media müğənninin ikinci hamiləliyini hələ açıq elan etmək istəmədiyini əsas gətirirlər.

Qeyd edək ki, repçi Cey Zi ilə evli olan ifaçının Blu Ayvi adlı qızı var. Lakin birinci hamiləliyi dövründə Beyonsun əslində hamilə olmadığı, sadəcə ana imici qazanma üçün uşağı surroqat ananın dünyaya gətirdiyi iddia edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə