Elnarə ənənəsinə sadiq qaldı

Müğənni Elnarə Xəlilova xeyriyyə layihələrini davam etdirir. SİA-nın məlumatına görə, bu dəfə xanım müğənni Xıradalanda Ramazan Bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirəcək. Sənətçi yenidən böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün bayram konserti təşkil edəcək. Xeyriyyə tədbirindən yığılan vəsait Nicatın müalicəsi üçün sərf ediləcək. Konsert Ramazan Bayramı günü iyulun 18-də Xırdalanda əyləncə mərkəzində təşkil ediləcək.

Qeyd edək ki, E. Xəlilova səhnəni sənət yoldaşı, müğənni Yaşar Cəlilov və Anar Rəhimli ilə bölüşəcək. Konsertin aparıcısı Vüsalə Kərimovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə