Keçmiş nidaçı: “Musa kişiliyin olsun, arvadına yiyə dur!”

Keçmiş nidaçı: “Musa kişiliyin olsun, arvadına yiyə dur!”

Artıq neçə gündür müğənni Mətanət Əsədəova ilə qalmaqal yaşayan keçmiş nidaçı Elsəvər Mürsəlli bu dəfə Nazəninlə Təranə Qumral arasında baş verən xoşagəlməz hadisələrə münasibət bildirib. SİA-ya açıqlama verən Elsəvər Təranə Qumralın həyat yoldaşı, müğənni Musa Musayevə səslənib: "Neçə gündür ki, mətbuatda Təranə Qumral və Nazənin xanım haqqında yazıları oxuyuram. Oxuduqca bir şey düşünürəm adını Azərbaycan kişisi qoyan Musa Musayev görəsən hara baxır? Yəni bir kişi bu qədərmi bir qadına onun kişilik mənliyini alçaltmağa imkan verər? Musa kişiliyin olsun, arvadına yiyə dur! Nəzərinizə çatdırım ki, Təranə açıq şəkildə Nazənin xanıma ərini başdan çıxarıb, yatağına saldığını bəyan edir. Ayıbdır. Onu da vurğulayım ki, Təranə və Musa hazırda bəziləri tərəfindən xalqa ən əsasda gənclərə örnək göstərilir. Bu o, deməkdir ki, bəzilərinin sayəsində cavanlar da onlara oxşamağa çalışacaq. Qadınlar başqasının ərini öz cazibəsiylə yatağa saldığı üçün fəxr edəcək. Burdan Musa və Təranəyə səslənirəm. Sizə olan olub. Bu millətin balaları yazıqdır. Onları özünüzə oxşatmayın".

Bütün xəbərlər Facebook səhifəmizdə