Anar Məmmədxanovun qızı Avropa üçün füsunkar geyimlərdə FOTOLAR

Anar Məmmədxanovun qızı Avropa üçün füsunkar geyimlərdə FOTOLAR
Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir Azərbaycanın milli geyimlərinə həsr edilmiş layihənin reallaşdırılmasına başlayıblar. SİA-nın məlumatına görə, layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək. Mərkəzin təsisçisi və direktoru, modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova bildirib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğatıdır.

Bu dəfə layihədə "Bakılı oğlanlar" şən və hazırcavablar komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun qızı Məryəm iştirak edib. O, füsunkar milli geyimlərdə qarşıya çıxıb. Obrazlar üzərində stilist-vizajist, bir sıra milli mükafatların sahibi Səbinə İmanova işləyib.

Qeyd edək ki, Norveçin "2014-cü ilin fotoqrafı" mükafatının sahibi, "Bilder Nordic School of Photography"nin məzunu 24 yaşlı Fariz Nadir Rzayev həmvətənimizdir. O, 8 ildir Norveçdə yaşayır və işləyir və bu ölkənin vətəndaşıdır. Fotoqraf bu layihənin reallaşdırılması üçün xüsusi olaraq Oslodan Bakıya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə