Nazənin yenidən Təranəni məhkəməyə verdi

Nazənin yenidən Təranəni məhkəməyə verdi

Müğənnilər Təranə Qumralla Nazəninin qalmaqalı hələ də davam etməkdədir. SİA-ya açıqlama verən Nazəninin vəkili Adəm Məmmədov yenidən qarşı tərəflə məhkəmədə görüşəcəklərini deyib: "Təranə Qumralla bağlı yenidən məhkəməyə müraciət etmişik. Çünki o, Nazənin xanımın həyat yoldaşı Məhəbbət Həsənovun mətbuatda şəkillərini yayıb, eyni zamanda, əxlaq normalarını aşaraq təhqiramiz fikirlər səsləndirib. Buna görə, Cinayət Məcəlləsinin 147-48-ci maddəsinə əsasən onu cinayət məsuliyyəti gözləyir. Biz onun cinayət məsuliyyətinə cəlb olunaraq həbsinə nail olacağıq, çünki həddini aşıb. Əslində o yalnız Məhəbbət Həsənovu deyil, insanların hüquqlarını tapdalayıb. Buna görə də cəzasını almalıdır. Üstəlik, üzr istəyib, təzminat ödəməlidir. Onu da deyim ki, Təranə Qumral müsahibə verərək məhkəmədə uduzmadığını deyir. O, həqiqətən də, uduzub, məhkəmənin bu barədə qərarı var və bu müzakirə olunmur. O, qərarı əlinə alıb tanış olandan sonra həqiqəti biləcək. On gün müddətinə də on min manat ödəyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə