Müğənninin 40 min manatlıq klipi
Türkiyəli sənətçi Betül Dəmir "Sana Ne olmuş" adlı mahnısına ekran işi verdirib. SİA-nın verdiyi xəbərə görə, klip rejissor Murad Küçük tərəfindən 3 gün ərzində lentə alınıb. Sənətçi ekran işi üçün nə az, nə çox 100 min lirə (təxminən 40 min manat) xərcləməli olub. İfaçı klipdəki geyimlərinə görə məşhur modelyer Dərya Çapura müraciət edib.

Müğənninin klip çəkilişi zamanı lentə aldırdığı fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə