Röya yenidən Aygün Kazımovaya söz atdı FOTO

Röya yenidən Aygün Kazımovaya söz atdı FOTO

Xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxan arasında "soyuq müharibə" davam edir. İfaçılar əvvəllər durmadan bir-birilərinin ünvanına sərt ittihamlarla çıxış edirdilər. Sonradan barışaraq hətta duet ifa etsələr də, aralarındakı buzları əridə bilməyiblər. Belə ki, ifaçılar çox keçmədən mediaya bəlli olmayan səbəblərdən yenidən küsüb. Bu dəfəki küsülülüyü sakit şəkildə sürdürən tərəflər bir neçə ildir ki, biri-birinə qarşı nə sərt ittiham, nə də atmacalarla çıxış ediblər.

Necə deyərlər -"Azacıq aşım, ağrımaz başım" məsəlinə əməl edilər.

Lakin, deyəsən, bu sükut Röyanı daha tez bezdirib. SİA-nın məlumatına görə, müğənni indiyədək inadla əməl etdiyi prinsipi pozaraq ötən gün sosial şəbəkədə xalq artistinə atmaca atıb.

Belə ki, Aygün Kazımovanın poverliftinq üzrə dünya çempionu Ceyhun Vəliyev ilə etdiyi fotosessiya və xalq artistinin idmançı ilə birlikdə "Bir parça keks" adlı mahnıya klip çəkdirmək niyyətində olması, nədənsə, Röyanı qıcıqlandırıb.

O, sosial şəbəkədə məşq edən yerdə iki idmançının şəklini paylaşaraq Kazımovaya söz atıb.

"Abbas Bağırov, deyirəm gəl, ikimiz məşq edib, savaş klipi çəkdirək".

Sosial şəbəkədə hətta Röyanın izləyiciləri də atılan bu daşın hədəfinin məhz Aygün Kazımovanın bostanı olduğunu anlayıblar. Bu, yazılan şərhlərdən açıq görünür:

"Aygün Kazımovaya ilişirsən?", "Artıq bir nəfər etdi. Siz etməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə