Məhkəmədə uduzan Təranə alov püskürdü

Məhkəmədə uduzan Təranə alov püskürdü
Məhkəmədə həmkarı Nazəninə uduzan Təranə Qumral özünə yer tapa bilmir. SİA-nın verdiyi xəbərə görə, T.Qumral "İnstaqram" hesabında qarşı tərəf haqda yenə paylaşım edib: "Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca, həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər".

Nəzərinizə çatdıraq ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal verilişlərin birində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı: "Ailəli kişi ilə nikahdasan. Orada tərbiyə dərsi keçmə. Ərimi sən öyrətdin, evimə dava saldın. Bütün Azərbaycanı fırlatdın, gəl Musanı da sənə verirəm. Ev-eşik görməmişdin. Yanındakına çox sağ ol de ki, indi kirayədən canın qurtarıb. Təranənin evi də, maşını da illərdir var. "Ərim" deyirsən. O, başqasının atasıdır. Mənim halal yoldaşım, 21 ildir yanımdadır, onu ər görmürsən? İki ildir birini keçirmisən əlinə, ər deyirsən. Məhkəməyə vermək istəyirsənsə, get ver. Onun sənəti yoxdur ki, sənət davası çəksin".

Qeyd edək ki, tərəflər arasında məhkəmə prosesi yekunlaşıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə