Samir niyə evlənmir?
Teleaparıcı Samir Bayramlı şəxsi həyatından söz açıb. SİA-nın verdiyi xəbərə görə, bu haqda verilişlərin birində söz açan aparıcı evlənmək niyyəti olmadığı açıqlayıb: "Bir çoxları mənə sual verir ki niyə evlənmirsən? Həmin kəslərə demək istəyirəm ki, hələ evlənmək niyyətim yoxdur. Televiziyamızda məndən yaşca böyük olan aparıcılarımız var. Növbə onlarındır. Hələ mənim 30 yaşım var. Namizədim də yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə