Türk kinosunun Leonardo Di Kapirosu niyə bu vəziyyətə düşdü? FOTOLAR

Türk kinosunun Leonardo Di Kapirosu niyə bu vəziyyətə düşdü? FOTOLAR

Türk kinosunun Leonardo Di Kapriosu adlandırılan məşhur aktyor Arda Kural şizofreniyadan əziyyət çəkir. SİA-nın verdiyi xəbərə görə, aktyorun qonşuları ondan polisə şikayət ediblər. Buna səbəb isə küçədə yaşamağa başlayan Ardanın onların uşaqlarını qorxutmasıdır. Anası ilə birlikdə yaşayan A.Kural ev yiyəsinin tələbi ilə mənzili boşaltmalı olub. O, bir müddət boş mənzildə yaşayıb. Lakin qonşular onun paltarlarını toplayaraq çamadanlarını binanın həyətinə qoyublar. Bu səbəbdən həyətdə yaşamalı olan Arda burada qəribə hərəkətləri ilə sakinləri qorxutmağa başlayıb.

Nəzərinizə çatdıraq ki, 2012-ci ildə Ruhi Əsəb Dispanserində müalicə alsa da, yenidən əvvəlki vəziyyətinə qayıda bilməyib.

Qeyd edək ki, aktyor "Kuzenlerim", "Lise defteri", "Eyvah babam" seriallarında yaratdığı obrazlardan sevilib.

Bütün xəbərlər Facebook səhifəmizdə