Nazənin Təranənin onun yoldaşı ilə münasibətdə olduğunu sübut etdi

Nazənin Təranənin onun yoldaşı ilə münasibətdə olduğunu sübut etdi
Müğənnilər Təranə Qumralla Nazənin arasında hələ də qalmaqal davam edir. SİA-nın verdiyi xəbərə görə, Nazənin Təranənin onun həyat yoldaşı ilə münasibətdə olduğunu bildirmişdi. Qalmaqaldan sonra tərəflər məhkəmədə görüşməli olublar. Məhkəmədə Nazənin Təranə Qumrala qalib gəlib. Məhkəmə araşdırması zamanı Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə aralarında münasibətdə olduğu sübut olunub. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın Nazəninin həyat yoldaşına yazdığı intim mesajlar da üzə çıxarılıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını həll etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən Təranə Qumral Nazəninin şərəf və ləyaqətini təhqir etdiyi üçün 10 min manat ödəməlidir.

Tərana Qumralın hüquqlarını məhkəmə prosesində iki hüquq müdafiəçisi qorusa da son məqamda hüquqşünaslardan biri hüquqlarını müdafiə etdiyi tərəfin böhtan atdığına əmin olduqdan sonra müdafiədən imtına edib.

Məsələ ilə əlaqədar olaraq Təranə Qumralın fikirlərini öyrənmək istədik. İfaçı əməkdaşımıza işlərinin çox olduğunu deyərək dəstəyi yerə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə