Rza Zərrab onu məhkəməyə verən şəxsi döydü? FOTO

Türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrabın Osmanlı dövründə tikilən tarixi binalarda restavrasiya işləri aparmasından məhkəməyə şikayət edən şəxs döyülüb. SİA-nın verdiyi xəbərə görə, İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin CHP-li üzvü Hüseyn Sağ tarixi binalarda edilən dəyişikliklərə qarşı apardığı mübarizə ilə tanınır. Zərrabın 2011-ci ildə müğənni həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi 2 mülkdəki tikinti işlərinə görə məhkəməyə şikayət ərizəsi yazan Hüseyn başına gələnlər barədə bunları söyləyib: "Evimdən çıxıb avtomobilimlə 150 metr getdikdən sonra bir maşın arxadan məni vurdu. Maşından düşdüm. Qəflətən üç nəfər mənə hücum çəkdi. Burnumu və çənə sümüyümü sındırdılar. Oradan uzaqlaşmasaydım, başıma daha pis işlər gələ bilərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə