Xatirə onu təhqir edənlərə cavab verdi FOTO

Xatirə onu təhqir edənlərə cavab verdi FOTO

Xəbər verdiyimiz kimi bir müddət öncə müğənni Xatirə İslam sosial şəbəkədə ayaqlarının fotosunu paylaşdığı üçün onu təhqir etmişdilər. SİA-nın verdiyi xəbərə görə, ifaçı həmin kəslərə edənlərə cavab verib: "Şəkil paylaşanda həmən içinizdəki paxıllığı üzə verməyin. Allah bilir kimə nə vermək lazımdır. Adama az bəxtəvərçilik verin. Bu, günahdır. Qarnınızdakı qurd ömrünüzü azaldacaq. Nə şəkil qoyulsa, baxın keçin, xoşunuza gəlməsə, izləməyin. Bir adam ki, bayırdakı şəkillə hamamı səhv salır, daha mən ona nə deyim. Bu sözlərim bəzi düşüklərə aiddir".

Qeyd edək ki, Xatirə İslam "İnstagram"da ayağının fotosunu paylaşaraq "Vəziyyətim çox pisdir, yanmışam, otaqdan bayıra çıxa bilmirəm" yazmışdı. Bir çox istifadəçilər isə bu hərəkətinə görə sənətçini təhqir etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə